Sabirabadda hərbi xidmətdən yenicə qayıdan 21 yaşlı gənc dəm qazından boğularaq ölüb.

  • Space TV
  • 8 Yanvar 2020 17:08

Hadisə ötən gün axşam saatlarında Sabirabad rayonunun Suqovuşan kəndinin şəhərlə birişik hissəsində, Təbriz küçəsi 10 ünvanında baş verib. Belə ki, həmin ünvanda yaşayan, 21 yaşlı Camal Yaqub oğlu Cabbarov xidmət etdiyi Tərtər rayonundan yenicə ata ocağına qayıdıbmış. Onun gəlişi münasibəti ilə evdə şadyanalıq olub. Axşam süfrəsi yığışdırıldıqdan sonra Camal evdəkilərə hamamda yuyunub istirahət etmək istədiyini bildirib. Hamama gedib. Bir qədər vaxt keçib. Oğlunun hamamdan gec gəldiyini görən ata narahat olmağa başlayıb.

Oğlunun yenə gecikdiyini görən atası Yaqub kişinin ürəyi dözməyib, ikinci dəfə hamama üz tutub. Oğlu Camalı səsləsə də bu dəfə  ondan səs-səmir eşidilməyib.  Səsə qonşusu da gəlib. Hamamın qapısını sındırıb içəri girəndə gördüklərinə inanmayıblar. Ata şok vəziyyətində qalıb.

Camala yardım etsələr də artıq gec olub. Camal Cabbarov bu gənc yaşında dəm qazının qurbanı olaraq həyatla vidalaşıb. Öz ölümü ilə ata-anasının, iki bacısının və doğmalarının sinəsinə çalın-çarpaz dağ çəkib. Hazırda onun ölümü ilə bağlı araşdırmalar aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun