Sabirabadda bir qrup çağrışçı gənc hərbi xidmətə yol salınıb

  • Space TV
  • 8 Yanvar 2020 14:56

Yolasalma mərasimi bayraq meydanında baş tutub. Çağrışçı gənclər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər. Sonra davam edən mərasimdə çıxış edənlər yola düşən gəncləri və onların valideynlərini təbrik ediblər.Vətən naminə böyük fədakarlıq göstərməkdə, ordu quruculuğu sahəsində Ulu öndərin ideyalarını, eləcə də layiqli davamçısı Ali baş Komandan İlham Əliyevin Milli ordumuzun daim möhkəmlənməsi üçün göstərdiyi diqqət vəqayğılara əməli işləri, nümunəvi xitmətləri ilə cavab vermələri tövsiyyə olunub.

Yolasalma mərasimində vətənpərvərlik musiqiləri səsləndirilib, şeirlər söylənilib. Sonra gənc çağırışçılar üçrəngli bayrağımızı öpüb altından keçərək onlar üçün ayrılmış avtobusla xidmət edəcəkləri hərbi hissələrə yola düşüblər.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun