Sabirabadda 20 yaşlı qız dərmandan zəhərlənib

  • Space TV
  • 4 Sentyabr 2020 10:05

Sabirabad rayonunda zəhərlənmə hadisəsi baş verib.

Spacetv.az xəbər verir ki, talassemiya xəstəsi olan rayon sakini 20 yaşlı Ağalarova Mirada Seyidbala qızı bir neçə dərmanı ard-arda içərək zəhərlənib.

Yaxınları xəstəni dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstənin vəziyyəti ağır olduğundan həkimlər onu dərhal reanimasiya şöbəsinə yerləşdiriblər.

Hazırda onun vəziyyəti ağırdır və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun