Sabirabad sakinindən 3 kq-dan artıq narkotik götürüldü

  • Space TV
  • 28 Yanvar 2021 11:29

abirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən şəxsin aşkar edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Spacetv.az-a bildirilib ki, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiki qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən rayonun Qalaqayın kənd sakini Qasım Orucovun yeri müəyyən edilərək Polis Şöbəsinə gətirilib.

Davam etdirilən ədbirlərlə Q.Orucovun həmin kənd ərazisində yerləşən evinə baxış keçirilən zaman həyətyanı sahədəki tikilidə karton qutularda gizlətdiyi 3 kiloqramdan artıq qurudulmuş marixuanada aşkar edilərək götürülüb. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar davam etdirlir.

Paylaş

 Xəbəriniz olsun