Sabirabad rayonunda dəvə təsərrüfatı

  • SpaceTV
  • 8 Avqust 2019 15:35

“Övladda nəvə, dövlətdə dəvə” deyib atalar. Bu deyim bütün dövrlərdə aktuallığın nəinki qoruyub, hətta yerini bir qədərdə gücləndirib. Lakin təəssüf doğursa da, deyimin əksinə olaraq dəvələrin sayı zaman-zaman azalıb. Bununla belə bu sahəyə sadiq qalanlar hələ də  var. Sabirabada yollanırıq.

Zamanında çətinliklərə baxmayaraq ənənəvi məşğuliyyətlərinə sadiq qalıb, ölkəmizdə səhra gəmilərinin nəslinin kəsilməsinə imkan verməyənlər də var. Onlardan biri Sabirabad rayonunda yaşayan Şıxəliyevlər ailəsidir. Dediklərinə görə, ulu babalarından onlara miras qalan və nəsildən-nəsilə ötürülən dəvələri saxlamaqda məqsədləri tarixi keçmişimizi qorumaqdır.

SPACE.TV-Hazırda Sabirabadın Kovlar kəndində yerləşən bu təsərrüfatda 27 dəvə saxlanır. Təsərrüfatın baxıcısı, Güloğlan Məmmədov deyir ki, heyvandarlıqla məşğul olanların bu sahəyə yenidən qayıtmasında və dəvələrin sayının çoxalmasında onların zəhmətləri də az deyil. Bir çox təsərrüfatlara damazlıq dəvələr satıblar. Bayram və el şənliklərində dəvələri nümayiş etdirməklə insanların bu heyvanlara sevgisini artıra biliblər. Qeyd edək ki, Dəvə südündə inək südündən 10 dəfə çox dəmir, 3 dəfə çox isə c vitamini var. digər vitaminlərlə də zəngin olan dəvə südü az tapıldığından bir litri ən ucuz halda 20 manata satılır. Dəvənin özünün satışına gəlincə görkəmi kimi qiyməti də əzəmətlidir.

Onu da qeyd edək ki, yük götürmə gücünə, eləcə də uzun müddət ac və susuz qalmaq imkanlarına görə digər heyvanlardan seçilən dəvələr 500 kq-dan 1 tona kimi yük daşıya bilirlər . Dayanmadan 30-50 km qədər yol qət edən bu heyvanların dünyada sayı 20 milyona yaxındır.

 

Paylaş

 Xəbəriniz olsun