Sabiq prezident sərhəddə yaşayacaq

  • SpaceTV
  • 14 Dekabr 2019 10:05

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

SPACE TV xəbər verir ki, bu barədə Argentinanın “Expreso de Salta” nəşri mənbələrə istinadən bildirib.

Qeyd edilir ki, bu ərazi ilə Boliviya arasında məsafə zaman baxımından bir saatdan da azdır.

Nəşrin məlumatına görə, Morales şəhərə gələn həftə gələcək.O, buradan 2020-ci ildə Boliviyada keçiriləcək prezident seçkilərində öz partiyasının seçki kampaniyasına rəhbərlik edəcək.

“Eks prezidentlə birlikdə işləmiş 12 nəfərdən biri, keçmiş vitse-prezident Alvaro Qarsiya Linera da həmin şəhərdə qalacaq”, – nəşr qeyd edir.

Morales ona siyasi sığınacaq vermiş Argentinada yaşayacaq. Kirayəyə götürülmüş evdə qalacaq keçmiş prezidenti federal polis qoruyacaq.

Paylaş

 Xəbəriniz olsun