Sabiq nazirin oğlunun deputatlığa namizədliyi ləğv olundu

  • Space TV
  • 5 Fevral 2020 17:12

46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Camalov Rəşad Yavər oğlunun namizədliyi ləğv edilib.

SPACE TV  xəbər verir ki, bu barədə məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib. İclasda bildirilib ki, Rəşad Camalovun ikili vətəndaşlığı var. Bu səbəbdən onun namizədliyinin ləğv edilməsi barədə qərar verilib.

Qeyd edək ki, Rəşad Camalov Azərbaycanın sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun oğludur.

Paylaş

 Xəbəriniz olsun