“Sabina” Almaniyanı iflic etdi

  • Space TV
  • 10 Fevral 2020 14:59

Almaniyanın şimal-qərbində güclənən “Sabina” qasırğası hava və dəmiryolu nəqliyyatında məhdudiyyətlərə səbəb olub.

SPACE TV xəbər verir ki,qasırğa səbəbindən “Köln” – “Münhenqladbax” matçı ertələnib.

Berlin, Frankfurt, Hamburq, Münhen, Köln-Bonn və Düsseldorf hava limanlarında 350-dən çox aviareys təxirə salınıb.

Bundan əlavə, Aşağı Saksoniya əyalətindən Şimal dənizi sahillərinə, Nordiç və Emdendən Oldenburqa nəzərdə tutulan dəmiryolu reyslərinin bir qismi təxirə salınıb, bir qismi də tamamən ləğv edilib.

Qasırğanın sürətinin saatda 110 km-ə çatacağı istisna edilmir.

Paylaş

 Xəbəriniz olsun