Sabahın havası necə olacaq?

  • Space TV
  • 5 Fevral 2021 14:16

Azərbaycanda fevralın 6-da olan hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, az çiskin olacaq, mülayim şimal-qərb küləyi əsəcək. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Fevralın 6-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 3-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-7 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

Paylaş

 Xəbəriniz olsun