Sabahdan “WhatsApp”da bu funksiyalar ləğv olunacaq

  • SpaceTV
  • 6 Dekabr 2019 12:29

Dünyada məşhur olan “WhatsApp” mesajlaşma şəbəkəsi istifadəçilərini daha bir yeniliklə sevindirməyi planlaşdırır.

SPACE TV  xəbər verir ki, “WhatsApp” vasitəsilə göndərilən toplu mesajların sui-istifadə edilməsinə görə 7 dekabrdan etibarən bu xüsusiyyət qadağan ediləcək.

Bu qərar əsasən reklam şirkətlərinin “WhatsApp” istifadəçilərini kütləvi şəkildə narahat etməmələri üçün nəzərdə tutulub.

Əgər bu və digər qaydaları pozanlar şirkət tərəfindən cəzalandırılacaq.

Qeyd edək ki, bundan sonra “WhatsApp” istifadəçilərin rahatlığı üçün başqa yeniliklər də nəzərdə tutur. 

Paylaş

 Xəbəriniz olsun