Sabaha gözlənilən hava şəraiti açıqlanıb

  • Space TV
  • 9 Dekabr 2020 13:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Spacetv.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək – 774 mm civə sütunu, nisbi rütubət  60-70 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz  tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin  zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş

 Xəbəriniz olsun