Sabaha gözlənilən hava proqnozu: Qar yağacaq, yollar buz bağlacaq

  • SpaceTV
  • 9 Fevral 2020 18:41

Sabaha gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° şaxta, gündüz 1-3° isti olacaq. Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 75-85% olacaq. Yolların buz bağlama ehtimalı var.

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-6° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yolların buz bağlama ehtimalı var.

Paylaş

 Xəbəriniz olsun