SABAH qruplarına qəbul imtahanının nəticələri açıqlandı

  • Space TV
  • 1 Sentyabr 2020 15:00

Dövlət İmtahan Mərkəzi SABAH qruplarına qəbul olmaq üçün avqustun 27-də keçirilən imtahanın nəticələrini elan edib.

Spacetv.az xəbər verir ki, imtahan iştirakçıları Mərkəzin internet saytında  topladıqları bal və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

İştirakçılar imtahanda topladıqları bal haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Paylaş

 Xəbəriniz olsun