Sabah Bakıya yağış yağacaq – PROQNOZ

  • SpaceTV
  • 12 Dekabr 2019 19:06

Dekabrın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

SPACE TV Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan daxilində 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.

Paylaş

 Xəbəriniz olsun