Sabah Bakıda 34 dərəcə isti olacaq

  • SpaceTV
  • 17 Avqust 2019 13:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Space.TV-yə verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava, əsasən, günəşli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti təşkil edəcək.

 

Paylaş

 Xəbəriniz olsun