Saatlıda toy məclisi təşkil etmək istədilər – FOTO

  • Space TV
  • 3 Fevral 2021 11:10

Fevralın 2-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Bəylər kənd sakini B. Ağamirzəyev yaşadığı evin həyətində qonaqların iştirakı ilə gizli şəkildə yığcam toy mərasimi təşkil etdiyi müəyyən olunub.

Bu barədə DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, məclisin təşkilatçısı və iştirak edənlər barədə inzibati qaydada protokollar tərtib olunaraq cərimə ediliblər.

Paylaş

 Xəbəriniz olsun