Saatlıda tərəvəz əkini davam edir

  • Space TV
  • 12 May 2020 13:30

Uzun illərdir bu sahədə təcrübəsi olan fermer Şahin Qasımov tərəvəz əkininə 3 hektar ərazi ayırıb. Burada pomidor, bibər və badımcan əkilir. Əkin zamanı yüksək məhsuldarlı toxumların şitillərindən istifadə olunur.

Torpaq sahibinin sözlərinə görə, kənd təsərrüfatına olan dövlət dəstəyi bu sahəyə marağı daha da artırır. Təsərrüfatın sahəsi genişləndikcə əlavə işçi qüvvəsinə də ehtiyac yaranır. Hazırda təsərrüfatda 20-yə yaxın işçi çalışır. Əkin sahələrində çalışanlar isə elə yaxın kəndlərdə yaşayan sakinlərdir.

Kənd sakinləri təkcə tərəvəz-bostan sahəsində deyil, həmçinin pambıq və digər əkin aparılan sahələrdə də çalışırlar. Qeyd edək ki, cari ildə rayonda 800 hektar sahədə tərəvəz əkini nəzərdə tutulub. Ötən il 789 hektar tərəvəz sahəsindən 20 min tona yaxın məhsul toplanılıb.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun