Saatlıda suda boğulma hadisəsi baş verib

  • Space TV
  • 21 Dekabr 2019 14:27

Saatlıda 42 yaşlı kişi su kanalında boğularaq ölüb.

Hadisə rayonun Əhmədbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini 42 yaşlı Bahadur Behbudov su kanalına düşərək boğulub. Onun meyiti FHN-nin xilasediciləri tərəfindən batdığı yerdən çıxarılaraq aidiyyatiüzrə təhvil verilib. İlkin məlumata görə, Bahadur Behbudov ehtiyatsızlıqdan su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun