Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var

  • Space TV
  • 4 Dekabr 2019 12:12

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, hadisə rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

Belə ki, Hüseynov Kamil Ələsgər oğlu idarə etdiyi “Qazel” markalı avtomobillə hərəkətdə olarkən qarşıdan gedən at arabasını vurub. Qəza nəticəsində at arabasında olan, 1996-cı il təvəllüdlü Abbasquliyev Nurlan Kamil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun