Saatlıda qanunsuz ov edənlər saxlanıldı

  • Space TV
  • 30 Noyabr 2020 14:05

Saatlıda qanunsuz ov edən şəxslər saxlanılıb.

Spacetv.az barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 29-da Saatlı rayonu ərazisində qanunsuz ov edən Bakı şəhər sakini S.Şıxalıyev, Cəlilabad rayon sakini R.Nəzərov və Abşeron rayon sakini R.Tağıyev saxlanılıblar.

Onlardan “Stoeger”, “Salıx Arms”, “Escort Supreme Max” markalı üç ədəd tüfəng, altı ədəd patron və 56 çöl quşu aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun