Saatlıda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

  • SpaceTV
  • 18 Yanvar 2020 16:11

Hadisə Saatlı rayonunun Qaranuru kəndi ərazisində baş verib.  Belə ki, “Mitsubishi” markalı avtomobillə “Vaz-2107” markalı avtomobil toqquşub. Qəza nəticəsində Saatlı rayon sakinləri, 64 yaşlı Nizami Cəfərov, 62 yaşlı Əbülfət Səmədov, 41 yaşlı Feyruz Minbaşıyev və 43 yaşlı Elşad Teymurov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlardan biri Şirvan şəhər, 3 nəfər isə Saatlı rayon mərkəzi xəstəxanalarına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Nizami Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.  O, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun