Saatlıda göyçə alçası

  • Space TV
  • 26 Dekabr 2019 12:08

Bundan sonra Saatlıda da məşhur göyçə alçası yetişdiriləcək. Bunun üçün rayonun Qaralar kəndində 10 hektar torpaq sahəsi ayrılıb. Təsərrüfat sahibi Ələsgər Əhmədov deyir ki, mütəxəssislərlə məsləhətləşdikdən sonra bu addımı atıb. Öncə ayrılmış pay torpağımda yay və payız şumu aparılıb. Əkin sahəsi yararlı halasalındıqdan sonra calaq olunmuş alça tinglərinin əkininə başlanılıb.

Tinglərin torpağa basdırılmasından ötrü əraziyə kifayət qədər texnika və canlı işçi qüvvəsi cəlb olunub. Təsərrüfat sahibinin bildirdiyinə görə, əkin prosesinin 60 faizi həyata keçirilib. Əkilmiş sahələrə su buraxılıb. Bu isə torpaq qatının suya olan təlabatını ödəməkdən ötrü aparılıb. Alça bağ tam hazır olduqdan sonra ərazidə damcılı suvarma sistemi qurulacaq. Bağ təsərrüfatının salınması da dövlət tərəfindən diqqət mərkəzində saxlanılır, subsidiyalar yrılır.

Təsərrüfat sahibi onu da deyir ki, alça bağı 3 ildən sonra bar gətirəcək. Hər ağacda  30 kiloqram məhsul olmaqla  15-20  il müddətdində  bar  vermək qabiliyətinə malik olacaq.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun