Saatlıda biyan balının süzümünə başlanılıb.

  • Space TV
  • 20 İyul 2020 16:18

Arıçılar deyirlər ki, biyan balının tarixi 5 min ildən çoxdur. Tibet təbabəti ilə müalicə aparılarkən məhz bu balın, biyan balının məhsulundan istifadə olunur. Biyan sahələri daha çox Aran bölgəsində olduğundan bal əsasən Saatlıda istehsal edilir. Uzaq şərqdə insanlar ta qədimidən biyan balının üstünlüklərindən xəbərdar olduqlarından saatlı arıçılarının alıcıları arasında şərq ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər. Hətta bir neçə il ildir ki, biyan balı Yaponiyaya da ixrac olunur. Lakin bu il, pandemiya ilə əlaqədar bu ixracat dayandırılıb.

Biyan balının özünəməxsus spesifik xüsusiyyətləri var. Onun çiçəklərindən əmələ gələn bal məhsulu bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Biyan balına daxili bazarda da təlabat yüksəkdir. Belə ki, pərakəndə satış məntəqələrində 1 kiloqram biyan balı 25-30 manata təklif olunur. Qeyd edək ki, saatlıda digər bal növləri də istehsal olunur.  Bu günə kimi saatlılı arıçılar ilk bal süzümünü-may balı deyilən ilk mərhələni tam yekunlaşdırıblar. Hazırda isə arı təsərrüfatlarında  ikinci süzümlə yanaşı, biyan balının süzümü də davam edir.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun