Saatlıda bir ailənin 5 üzvünün zəhərlənməsinin təfərrüatları məlum olub.

  • SpaceTV
  • 18 Yanvar 2020 17:17

Hadisə Saatlı rayonunun Seyidlər kəndində qeydə alınıb. Belə ki, kənd sakini,46 yaşlı Əbülfəz Məmmədov,  onun həyat yoldaşı, 45 yşlı Xuraman Məmmədova  övladları, 13 yaşlı Əli, 11 yaşlı əkiz qardaşlar Vahid və Zahid axşam yeməyindən sonra özlərini halsız hiss ediblər. Ailə üzvlərinin halı pis olduğundan onlar  Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada həkimlər tərəfindən hər birinə ilk tibbi yardım göstərilib.

Məmmədovlar ailəsinin  bildirdiyinə görə, axşam evdə bişirdikləri göbələkdən yeyiblər. Bundan sonra onları halı pisləşib. Ehtimal olunur ki, ailə üzvləri göbələkdən zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun