Saatlıda bir ailənin 5 üzvü göbələkdən zəhərlənib.

  • SpaceTV
  • 17 Yanvar 2020 16:21

Ötən gün axşam saatlarında rayonun Seyidlər kənd sakini,46 yaşlı Əbülfəz Məmmədov,  onun həyat yoldaşı, 45 yşlı Xuraman Məmmədova  övladları, 13 yaşlı Əli, 11 yaşlı əkiz qardaşlar Vahid və Zahid zəhərlənmə ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada həkimlər tərəfindən onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.  Xəstələrin  göbələkdən zəhərləndikləri bildirilir. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun