Saatlıda alaq otlarına qarşı dərmanlama işlərinə başlanılıb

  • SpaceTV
  • 18 Mart 2020 12:24

Saatlıda dənli birkilər əkilən sahələr alaq otlarına qarşı dərmanlanır. Bunun üçün texnika və canlı işçi qüvvələri əkin sahələrinə səfərbər edilib. Traktorlara qoşulan çiləyici aqreqatlar vasitəsi ilə sahələr dərmanlanır. Təsərrüfat sahibləri bu mübarizə tədbirlərini əhəmiyyətli hesab edirlər. Onlar bildirirlər ki, Aran bölgəsində müxaniki suvarma aparıldığı üçün burda alaq otlarına daha çox rast gəlinir. Elə bu məqsədlə də mübarizə tədbirlərinin vaxtında aparılması əsas şərtdir. Əks halda məgsuldarlıq aşağı ola bilər.

Qeyd edək ki, rayon üzrə 10 min hektara yaxın sahədə dərmanlama işlərinin görülməsi nəzərdə tutulub.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun