Saatlıda əməliyyat tədbiri keçirildi: Tüfəng və narkotik maddə götürüldü

  • SpaceTV
  • 1 Dekabr 2020 17:08

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz olaraq silah və güclü təsiredici xassəyə malik psixotrop maddə olan metamfetamin daşımaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Saatlı rayonunda yaşayan Anar Hüseynov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Şəxsi axtarış zamanı onun əlindəki çantadan bir ədəd “İJ-56-3” (“Belka”) markalı, qoşalüləli ov tüfəngi və üzərindən bir ədəd bükülüdə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb. Dindirilmə zamanı A.Hüseynov törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun