Saatlı rayonunda xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla yaz tarla işləri davam edir. Rayon ərazisində ilk dəfə olaraq soya toxumunun əkini həyata keçirilir. Əkin zamanı amofos gübrəsindən istifadə edilir.Toxum arası məsafə 5-8 santimetr, cərgə arası məsafə isə 75 santimetr olmaqla hər hektara 50-60 kiloqram toxum səpilir.
Soya heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsində əvəzsiz bitkidir. Bunu mütəxəssislər belə deyir.
Qeyd edək ki, bu il rayonda 14 hektar sahədə soya bitkisinin əkini nəzərdə tutulub.
TƏYYAR Nəsirli SPACE TV