Saatlı rayonunda ən ucaboylu adam hər kəsin diqqətini çəkir

  • SpaceTV
  • 30 Aprel 2020 16:08

Saatlı rayonunun ən ucaboylu  adamlarından biri, bəlkə də birincisi – Avdenko Vladislav Romanoviçdir. Qəhrəmanımızın boyu nə az, nə çox, düz 2 metr 1 santiemtrdir. Ölkəmizdə yaşayan azsaylı xalqlardan olan 20 yaşlı bu gənc Saatlının Sarıcalar kəndində doğulub, boya-başa çatıb. Özü haqda gəlin elə öz dilindən eşidək…

Kənddə, eldə-obada Vladik kimi tanınan qəhrəmanımız  yaşıdları arasında təkcə öz boyu ilə deyil, həm də öz hörməti ilə sayılıb-seçilir.

Vladislav orta təhsillidir. Ailədə 5 nəfərdirlər. Nənəsi, ata-anası, bacısı və özü. Ailənin dolanışığı , əsasən, atasının təsərrüfat işlərindən ibarətdir. Vladik özü isə boş vaxtlarında balıq ovlamaqla, dibçəklərdə gül yetişdirməklə, müxtəlif ev quşları saxlamaqla məşğul olur. Bir də ki, babasından yadigar qalan motosikleti var. Minik maşınlarında özünü çox rahat hiss etməsə də, bu motosikleti sürməkdən zövq alır və baba yadigarı kimi onu yaxşı qoruyur. Boyunun çox hündür olması isə insanlar tərəfindən müxtəlif cür qarşılansa da artiq bu onu heç də narahat etmir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun