Saanen keci

  • SpaceTV
  • 11 Noyabr 2019 15:47

Saanen cinsindən olan keçi İmişli rayonuna Türkiyənin izmir şəhərindən gətirilib. Vətəni isə İsverçrədir. Südünün çox, bala veriminin də yüksək olması bu cinslərin əsas xüsusiyyətləridir. Elə bu məqsədlə fermer Rəhman İbrahimov da Saanen cinsli keçi təsərrüfatı yaradıb. Saxladığı 250 baş keçinin 230 başı dişi, 20 başı isə erkəkdir.

Yüksək artıma malik olan Saanen keçilərinin diri çəkisi 55-70 kiloqram arasında dəyişir. Saanen keçiləri südünün keyfiyyətinə görə Avropanın ən yüksək göstəricilərinə malik cinslərdəndir. Bir sıra xüsusiyyətləri ilə isə yerli keçilərdən xeyli fərqlənir. Laktasiya müddəti uzun olduğundan əsasən südlük istiqamətində bəslənilir. Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium vitaminlərlə və digər minerallarla zəngin olduğundan insan sağlamlığına təsirləri var. Elə bu səbəbdən ölkəmizdə də keçi südünə təlabat böyükdür.

Amma bu qədər süd verməsi üçün Saanen keçilərinin bəslənməsinə xüsusi diqqət yetirilir. Onlar yemə qarşı olduqca tələbkardır.

Fermer Rəhman İbrahimov keçilərin sayını 4 min başa artırmaqla əsas hədəfi dadı və yağlılığı ilə seçilən keçi pendiri istehsal etməkdir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun