Səyyar xidmət sizi gözləyir!

  • SpaceTV
  • 9 Oktyabr 2019 12:51

“Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol”. Bu şüarla xidmət göstərən  Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar xidməti istismara verilən binalarda çıxarışların verilməsini həyata keçirir.

Paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən bu yaşayış binasının sakinləri çıxarışlarla təmin edilib. Bu Azərbaycanda istismarına icazə verilən 175 binadan biridir. Fövqəladə Hallar Nazirliyi istismar aktı verikdən sonra Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara səyyar xidmət göstərərək tam mülkiyyət sənədi təqdim edib. Hazırda paytaxtda onlarla ünvanda Əmlak Məsələləri Dövlət Komitəsinin səyyar avtomobilləri xidmət göstərir. “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” şüarı ilə həyata keçirilən prossesdə vacib məqamlardan biri də sakinlərin səyyar avtomobildə xidmət göstərən əməkdaşlara sənədlərini təqdim etməsidir. Təbii ki, burada Mənzil Tikinti Korperativlərinin vətəndaşları ilkin sənədlərlərlə təmin etməsi əsas rol oynayır.

Görülən işlər prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Çoxmənzilli binaların istismar qaydalarının sadələşdirilməsi” ilə bağlı imzaladığı fərmana uyğun həyata keçirilir.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun