Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət olub

  • SpaceTV
  • 22 Oktyabr 2019 17:47

.Zaqatala sakini Afər Davudov Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb. Afər Davudov belə əlamətdar hadisə ilə ilk dəfədir ki,qarşılaşdığını bildirib.

Hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bundan başqa, regionlarda 10 Səyyar “ASAN xidmət” avtobusu və Səyyar ASAN qatar vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.Sonda ASAN xidmətdən istifadə edən 2 milyonuncu vətəndaşa təşəkkürnamə və hədiyyə təqdim olunub.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun