Səudiyyə Ərəbistanında “Quran” dəyişdirildi

  • SpaceTV
  • 27 Yanvar 2020 17:54

Səudiyyə Ərəbistanda ivrit dilində nəşr olunan “Quran” kitabında təhriflərə yol verilib.

“Haber7”nin yaydəğı xəbərər görə, Kral Fehd Akademiyasının hazırladığı yeni kitabda 300 ayədə dəyişikliklər edilib.

Ayələrdə “məscid” sözü “heykəl” sözü ilə əvəz olunub.

Bu dəyişiklikdən sonra ayələrin Tövrata uyğunlaşdırıldığı iddia olunub.

Bu məsələ ilə bağlı müzakirələr böyüdükdən sonra akademiya kitabın onlayn variantını saytdan çıxarıb.

Hazırda bunun qəsdən edildiyi, yaxud tərcümə xətası olduğu aydınlaşdırılır.

Paylaş

 Xəbəriniz olsun