Səudiyyə Ərəbistanı Osmanlı dönəmini “vəhşət dolu” adlandıran serial çəkdi

  • Space TV
  • 23 Noyabr 2019 11:48

Türk seriallarına qadağa qoyan Səudiyyə Ərəbistanı Osmanlı İmperiyasına qarşı film hazırlayıb.

MBC TV telekanalında yayımlanan “Atəş Krallıqları” serialı ilk bölümdən sonra böyük müzakirələrə səbəb olub.

Bu barədə “Hürriyyət” xəbər verib.

40 milyon dollar büdcə ilə çəkilən filmdə XVI yüzillikdə ərəb coğrafiyasının Osmanlılar tərəfindən fəth edildiyi dönəmdən bəhs edilir. Prodüserin “Osmanlı dönəminin vəhşət dolu tarixini ifşa etmək istədiyini” dediyi serialda baş rolu misirli aktyor oynayır. 

Filmin ümumilikdə 14 seriyadan ibarət olduğu vurğulanır.

Qeyd edək ki, MBC telekanalı ərəb dünyasında məşhur olan türk seriallarının yayımlanmasını qadağan etmişdi. Bundan başqa, Səudiyyə Ərəbistanı avqust ayında qanunda etdiyi dəyişikliklə orta məktəb tarix kitablarında Osmanlı İmperiyasını “işğalçı güc” kimi tanıtmağa başlayıb.

Paylaş

 Xəbəriniz olsun