Səudiyyə Ərəbistanı ilə ABŞ hərbi təlimə başladı

  • Space TV
  • 9 Dekabr 2020 11:49

Səudiyyə Ərəbistanı ilə ABŞ arasında hərbi təlim başlayıb.

Spacetv.az SPA agentliyinə istinadən xəbər verir ki, ABŞ qüvvələrinin sayı və təlimin nə qədər davam edəcəyi barədə məlumat yoxdur.

Hesabatda qeyd edilir ki, təlim regional çağırışlara qarşı döyüş gücünün artırılmasına yönəldilib.

Səudiyyə Ərəbistanı başda olmaqla ABŞ və Körfəz ölkələri İranı Körfəzdəki neft gəmilərini və obyektlərini hədəf almaqda günahlandırır, Tehran rəhbərliyi isə bu iddiaları rədd edir.

Paylaş

 Xəbəriniz olsun