Səudiyyə Ərəbistanı bayram namazı evdə qılınacaq

  • Space TV
  • 18 Aprel 2020 13:21

Səudiyyə Ərəbistanında koronavirus pandemiyası səbəbindən Ramazan ayında bayram və təravih namazları evlərdə qılınacaq.

SPACE TV xəbər verir ki, bunu ölkənin baş müftisi Əbdüləziz Əl əş-Şeyx deyib.

Baş müfti deyib ki, mövcud vəziyyətlə əlaqədar təravih namazı evlərdə qılınacaq:

“Koronavirusun yayılması uzanır və Ramazan ayının sonuna qədər qabaqlayıcı tədbirlər görmək vacibdir. Ona görəd də bayram namazı da evlərdə qılınacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında ümumilikdə 7 142 nəfər koronavirusa yoluxub, 87 nəfər isə dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun