SƏRTLƏŞDİRİLMİŞ KARANTİN REJİMİ – VİDEO

  • SpaceTV
  • 7 İyul 2020 12:25

Son iki həftədə 66 min təşkilat tərəfindən 700 minə yaxın işçi  üçün icazə alınıb. Lakin bəzi təşkilatlar bu imkandan sui-istifadə edərək zərurət olmadığı halda işçilərinə icazə verirlər. İcazə verilən əməkdaşların bəziləri isə bundan təyinatından əlavə də istifadə edirlər. Elə bu səbəbdən təxminən 85 minə yaxın icazə ləğv edilib. Məlumat üçün bildirək ki bu icazə yalnız işə gedib gəlmək üçün verilir.

Bu gündən etibarən  bəzi şəhər və rayonlarda xüsusi karantin rejiminin yeni mərhələsi başladı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir, Goranboy, Göygöl şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz rayonlarının ərazisində xüsusi karantin rejimi çərçivəsində bəzi addımlar atıldı.

Bu gün və sabah daxil olmaqla önümüzdəki iki həftəni də əhatə edəcək həftə sonları ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması insanların bir yerə toplaşmasını minumuma endirmək üçün atılan addımlardandır.

İctimai nəqliyyatın fəaliyyətinə  qoylan məhdudiyyət və insanların xüsusi karantin qaydalarına riayət etməsi paytaxt küçələrinin bir qədər boş qalması ilə nəticələndi.  Küçələrdə yalnız xüsusi icazələri olan fərdi avtomobillərlə yanaşı,  parklarda az sayda insan müşahidə edilir.

Qeyd edək ki, 6 iyul yəni bazar ertəsi metro istisna olmaqla ictimai nəqliyyatın hərəkəti yenidən bərpa olunacaq.

Polis əməkdaşları tərəfindən Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə kütləvi nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Reydlər zamanı maketə maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar.

Orxan Şükür SPACE TV

Paylaş

 Xəbəriniz olsun