Sərt karantinə görə abituriyenti müşayiət edən şəxsə də sənəd verilə bilər – RƏSMİ

  • Space TV
  • 17 İyul 2020 14:56

“Sərt karantin rejimin qaydalarını nəzərə alaraq, abituriyentləri müşahidə etmək üçün həmin abituriyenti müşayiət edən şəxs üçün də sənəd verilə bilər”.

space tv-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün həmin şəxslərin məlumatları müvafiq qurumlara bildiriləcək:

“Hansı binada, hansı ünvan üzrə imtahan verirlərsə, bu barədə məlumatı müvafiq qurumlara çatdıracağıq. Yalnız bir şəxs onları müşayiət edə biləcək. Həmin şəxsin başqa yerə getməsi də mümkün deyil”.

“Eyni zamanda, valideynlərə çağırış edirik ki, şagirdlər binaya daxil olandan sonra binanın ətrafıında toplaşmasınlar, sosial məsafəni saxlasınlar”, – deyə sədr qeyd edib.

Paylaş

 Xəbəriniz olsun