Sərnişinlər yanan təyyarəni təlaş içində tərk etdilər

  • Space TV
  • 27 Yanvar 2020 12:49

Ötən gün İranda ölkədaxili uçuş həyata keçirən “Caspian” hava yollarına məxsus təyyarə havada alışandan sonra təcili eniş etməyə məcbur olub.

Haber7.com məlumat verir ki, Tehran-Mahşəhər reysi üzrə hərəkət edən laynerin qəza enişindən dərhal sonra sərnişinlərin həyəcanla təyyarəni tərk etməsini əks etdirən görüntülər yayımlanıb.

İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə hadisə nəticəsində sərnişinlərin xəsarət almadığını bildirib.

Paylaş

 Xəbəriniz olsun