Son aylarəgər bir çoxları üçün maska taxmaq, spirtdən istifadə gündəlik həyat tərzinə çevrilibsə, karantin müddəti olmasına baxmayaraq işə gedən, küçəyə çıxan, daha çox da ictimai nəqliyyatdan istifadə edən bəzi şəxslər maska taxmağa daha ehtiyac olmadığını düşünürlər.
Sərnişin avtobuslarının sürücüləri də gün ərzində yüzlərlə sərnişinlə təmasda olur və maska taxmadan sükan arxasında əyləşən bu sürücülər həm özlərinin, həm də yüzlərlə sərnişinin sağlamlığını təhlükə altına atırlar. Bəs nəyə görə, Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin bu qaydalara məhəl qoymamasına göz yumur?
Ötən gün Operativ Qərargahda jurnalistlərin sullarını cavablandıran BNA-nin direktoru Vüsal Kərimli bildirib ki, koronovirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ictimai nəqliyyatda daha bir yenilik tətbiq olunacaq, sürücü və sərnişinlər arasında səffaf sədlərin çəkilməsi nəzərdə tutulur.
Vüsal Kərimlinin sözlərinə görə yaxın vaxtlarda avtobuslardan istifadə edən sərnişinlərin maska taxması məcburi olacaq. Artıq bu yenilik üzrə mexanizmlər hazırlanaraq Operativ Qərargaha da təqdim olunub
Məlum olduğu kimi bu günə qədər insanların maska istifadə etmədən küçəyə çıxmasına görə heç bir cərimə mexanizmi tətbiq olunmamışdı.
RƏŞAD VƏKİLOĞLU SPACE TV