Sərnişinlər avtobusa buraxılmayacaq

  • Space TV
  • 25 İyun 2020 16:28

Bəli vətəndaşın dediyi bir nəfərin məsuliyyətsizliyi gün ərzində onlarla insanın həyatını təhlükəyə atır bir neçə nəfərin isə həyatına son qoyur.Son günlər aparılan müşahidələr onu göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda, nəqliyyat mübadilə mərkəzlərində və dayanacaqlarda qoruyucu tibbi maskadan istifadə etmirlər.

Bu gündən etibarən paytaxda  maskasız sərnişinlərin avtobusa daxil olacağı halda avtobus dayanacağı tərk etməyəcək  və sərnişin maska taxdıqdan sonra avtobusun  hərəkəti mümkün olacaq.Artıq bütün  avtobuslarda maskasız girişin qadağan olduğunu bildirən məlumatlar da yerləşdirilib.

Artıq BNA tərəfindən bütün daşıyıcı şirkətlərə xəbərdarlıq olunub ki, maskasız avtobusa daxil olan sərnişinlərə sürücü tərəfindən edilən xahiş və tələblər yerinə yetirilməzsə ,həmin sərnişin barədə sürücü DİN-nin 102 çağrı mərkəzinə zəng vurmaqla məlumat verəcək

Təssüf ki, hazırda maska gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.Elə bu gözəgörünməz bəlanın  qurbanına özümüzü yaxınlarımızı verməmək üçün  hər bir sərnişin hər bir şəxs  öz vətəndaşlıq borcunu yerinə yetirməli sosila məsuliyyətini dərk etməlidir

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun