Sərnişinin ürəyi getdi, Bakıdan havaya qalxan təyyarə təcili eniş etdi

  • Space TV
  • 3 Yanvar 2020 11:39

Bakıdan Moskvaya uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə bu gün saat 07:40-da Volqoqrad hava limanına təcili eniş edib.

SPACE TV xəbər verir ki, Rusiya vətəndaşı olan 54 yaşlı sərnişinin ürəyi gedib.

Ona hava limanında təcili tibbi yardım heyəti tərəfindən yardım göstərildikdən sonra həmin şəxs özünə gəlib və xəstəxanaya çatdırılıb.

Təyyarə yoluna davam edərək mənzil başına çatıb. 

Paylaş

 Xəbəriniz olsun