Sərnişinin görünüşü hər kəsi güldürdü

  • SpaceTV
  • 3 İyun 2020 15:23

Pandemiya ilə əlaqədar özünü xəstəlikdən qorumaq üçün təyyarədə tamamilə polietilenə bürümüş sərnişinin fotosu sosial şəbəkə istifadəçilərinin gülüşünə səbəb olub.

Lenta.ru-nun məlumatına görə, onun şəkli turistlərin belə yöndəmsiz tədbirlərini istehza ilə qarşılayan “@passengershaming” “Instagram” hesabında dərc olunub.

İstifadəçilər fotonun altından “Evdə qalmaq daha asan olmazdımı?”, “Heç olmasa cəhd edib… Hərçənd ki, bu cəhdi ideal adlandırmaq olmaz”, “Nəfəs yollarına təsir göstərən xəstəlikdən müdafiə üçün o, bunu edir. Dahiyanədir!”, “Kəpənəyə çevrilməsi üçün nə qədər vaxt lazımdır” kimi sarkazmla rəylər yazıblar.

Paylaş

 Xəbəriniz olsun