Sərnişin təyyarəsi ildırıma tuş gəldi

  • Space TV
  • 12 Fevral 2020 12:04

Böyük Britaniya səmalarında uçan sərnişin təyyarəsini ildırım vurub.

“Daily Mail” xəbər verir ki, bu hadisə müşahidə kameraları tərəfindən çəkilib.

Kadrlarda ildırım dəyəndən sonra təyyarədən qığılcımların çıxdığını görmək olar.

Qeyd etmək lazımdır ki, Birminqemdən Dublinə uçan təyyarə uğurlu eniş edə bilib.

Paylaş

 Xəbəriniz olsun