Hindistan-Pakistan sərhədində növbəti atışma olub.
Pakistanın mətbu orqanının məlumatına görə, Kəşmirin nəzarət xəttində baş verən atışmada Hindistanın 6 əsgəri öldürülüb. Atışmada həmçinin Pakistanın da 3 vətəndaşı həlak olub. Öldürülən pakistanlıların dinc sakinlər olduğu bildirilir.
Məlumata görə, öldürülənlər arasında 7 yaşlı uşaq da var. Daha əvvəl də Kəşmirdə Pakistan və Hindistan arasındakı nəzarət xəttində atışma zamanı ən azı üç Pakistan əsgəri və Hindistan Hərbi Qüvvələrinin beş hərbçisi həlak olub.