Sərhəd bölgəsində dənli bitgilərin biçininə start verilib

  • SpaceTV
  • 8 İyul 2020 15:05

Rayonun  ermənistanla  sərhəddində   yerləşən   Köhnə  qışlaq  kəndində   bir neçə gündür arpa ilə  yanaşı taxıl bicininədə  başlanılıb.   Yerli   təşkilatlarda  daxil olmaqla  ümumilikdə  biçinə  30  kombayn    cəlb olunub .  7min hektardan artıq  taxil sahəsini   biçinçilər  qısa müddətdə yekunlaşdırmağı  düşünürlər  .    cəbhə  bölgəsi  olmasına  baxmayaraq  bir neçə ildir  rayonda   toxumçu  fermerlər   formalaşıb . Hazırda  500 hektara yaxın  ərazidə   yerli  cins  toxumculuğu  artırmaqla  məşğul olurlar .  Əldə olunan məhsulun  sentneri  yüksək olduğundan   fermer  bu  sahəni  genişləndirməyi   düşünür.  Baxmayaraq ki  son bir neçə gündə   düşmən istiqamətindən mövqelərimiz  atəşə tutulur  bu    fermerləri   qorxutmur  əksinə  yüksək   gəlir əldə   etmək  imkanı  onları  sahələrini  birazda  genişləndirmək  fürsəti  yaradır .

Ötən ilin  9  ayı   qərb  bölgəsi  istiqamətinə bir  dəfədə olsun  yağış  vəya  qarın yağmaması   fermerlərin  əkin sahələrinə  mənfi  təsir  etsədə   suvarılan  sahələr     vəziyyəti  normal  başa  vura  bildilər  . əsas  ziyanlıq  dəmyə əkinciliyinə    təsirini  göstərdi   .   amma  hazırkı   dönəmdə   suvarılan sahələrdən əldə olunan məhsuldarlıq  ötən ilki  sentineri  geridə   qoyub .

Rayonda  gec  biçilən sahə  əsasən dağlıq olan  sərhəd  bölgəsidir  . Hazırda  kombaylar  bu istiqamətdə   biçini  davam etdirirlər  .Əgər  havalar  normal  keçərsə    biçin  qarşıdakı  həftəyə  yekunlaşacaq.

Vasif Vaqifoğlu space tv

Paylaş

 Xəbəriniz olsun