Sənaye məhəllələri və sənaye parkları yeni agentliyə verildi – SƏRƏNCAM

  • Space TV
  • 22 Yanvar 2021 14:37

Neftçala, Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələri və Mingəçevir, Qaradağ, Pirallahı sənaye parkları “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin tərkibindən çıxarılıb.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Sərancama əsasən, həmin məhəllələr və parklar yeni yaradılmış İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyinə verilib.

Paylaş

 Xəbəriniz olsun