Sənədsiz evlər siyahıya alınır

  • SpaceTV
  • 4 Sentyabr 2019 13:26

Sənədsiz yaşayış evlərinə və torpaq sahələrinə çıxarış almaq daha da asanlaşır. Belə mülklərin siyahıya alınmasına başlanılıb. Qeydiyyat sənədi hazır olduqdan sonra vətəndaşlar çıxarış almaq üçün müraciət edə bilər.

Sənədsiz yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi və qeydiyyata alınması istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin tapşırıqlarına və Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin sərəncamına əsasən, respublikanın bütün bölgələrində də olduğu kimi, paytaxtın Qaradağ rayonunda da siyahıya alınma prossesi həyata keçirilir. İcra hakimiyyətinin əməkdaşları və bələdiyyə üzvləri ünvanlara gedərək müvafiq blankları doldurur. Prossesin sonunda vətəndaşlara qeydiyyat sənədi veriləcək ki, həmin sənəd əsasında torpaq sahəsinə, yaxud evə çıxarış almaq mümkün olacaq.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində də qeydiyyatın həyata keçirilməsi üçün Yerli Ekspert Komissiyası yaradılıb. Qəsəbə ərazisində yerləşən 4500-ə yaxın sənədsiz yaşayış evinin və torpaq sahəsinin 1000-i artıq siyahıya alınıb.

Paytaxtın Binəqədi rayonunda sərəncamın icrasına başlanılıb. Sulutəpə qəsəbəsi ərazisində olan 7 minə yaxın sənədsiz evlərdən artıq 1000-dən çoxunun qeydiyyatı aparılıb.

Sənədsiz yaşayış evlərinin və torpaq sahələrinin siyahıya alınması prossesi bu ilin sonunda yekunlaşacaq.

Cəfər Talıb – Space

Paylaş

 Xəbəriniz olsun