Sənədlərin notarial qaydada təsdiqi üçün dövlət rüsumu azaldılır

  • SpaceTV
  • 19 Yanvar 2021 14:21

Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi (hər səhifəyə görə), sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi, vətəndaşla fotoşəkildəki şəxsin eyniliyinin notarial təsdiqi üçün dövlət rüsumunun azaldılması gözlənilir.

Spacetv.az-ın məlumatına əsasən, bununla bağlı “Dövlət rüsumu haqqında” qanunun 10.18-ci maddəsinə dəyişiklik təklif edilir.

Qeyd edək ki, qanunun hazırkı variantına əsasən, sənədlərin təsdiqi üçün 2 manat 50 qəpik dövlət rüsumu müəyyən olunub.

Qanun layihəsində isə bu notariat hərəkətinə görə rüsumun azaldılaraq 1 manat 50 qəpik səviyyəsində müəyyən edilməsi təklif olunur.

Layihə yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Paylaş

 Xəbəriniz olsun