Sənəd qəbulu başladı

  • SpaceTV
  • 26 Avqust 2019 14:38

Space TV məlumat verir ki, bu dəqiqədən etibarən  məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır. qəbul www.mektebeqebul.edu.azelektron sistemi vasitəsilə həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə tövsiyə edir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər.

Məktəbəhazırlıq qruplarına onlayn qeydiyyatı ölkə üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Ümumi təhsil məktəblərində ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək həyata keçiriləcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti sentyabrın 2-dən 27-dək(həftənin III, IV, V VƏ  VI günləri saat 10:00-dan 16:00-dək davam edəcək.  Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.  Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə tövsiyə edir ki, onlayn qeydiyyat prosesinin təxminən 1 ay davam etdiyini nəzərə alaraq tələsməsinlər: “Bu il bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb”.

Paylaş

 Xəbəriniz olsun